“Bazar ertəsi Qəzzada İsrail və HƏMAS atəşkəsə nail olacaq”.
“Füyuzat” məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden söyləyib.
Bayden İsrail və HƏMAS rəsmilərinin iştirak etdiyi danışıqlarda bəzi irəliləyişlərin əldə edilməsi barədə şərhlər bildirib.
O əlavə edib ki, əldə ediləcək razılaşmalar Qəzzaya yardımın çatdırılması və 7 oktyabr hücumları zamanı girov götürülənlərin azad edilməsini əhatə edəcək.
Qeyd edək ki, HƏMAS rəsmiləri tərəflərin Baydenin təklif etdiyi kimi atəşkəs razılaşmasına yaxın olmadıqlarını bildirib.