Avropa Parlamentindəki Sosialist, Sol və Yaşıllar fraksiyalarının liderləri Avropa İttifaqının (Aİ) rəhbərliyinə məktub göndərərək İsraili Qəzza zolağında soyqırım törətməkdə ittiham edib və Aİ-dən İsrail dövlətinə qarşı təcili tədbirlər görməyi tələb ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Vəziyyəti sadəcə fövqəladə hal kimi təsvir etmək olmaz. Qəzzada soyqırımın törədildiyinə dair təkzibolunmaz sübutlar var. Avropa Komissiyası və Avropa Şurası indiyə qədər müqavilələrimizin, dəyərlərimizin və öhdəliklərimizin olduğu məsələlərə cavab verə bilməyib”, – Avropa Komissiyasının sədri Ursula Fon der Leyen, Aİ diplomatiya rəhbəri Kaya Kallas və Avropa Şurasının sədri Antonio Kostaya ünvanlanan məktubda qeyd olunub.



