“Ukraynanın Avropa İttifaqında (Aİ) yeri yoxdur, çünki o, sivil dövlət deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Əgər normal, sivil ölkədə belə bir hadisə baş versəydi, günahkarlar çoxdan cəzalandırılardı. Bəs Ukraynada nə baş verir? Orada məcburi hərbi xidmət dövlət alətidir. Avropa İttifaqında belə bir ölkəyə yer yoxdur, o, sivil dövlətlər sırasında deyil. Ukrayna hakimiyyət orqanları praktiki olaraq etiraf ediblər ki, insanların döyülməsi ilə müşayiət olunan məcburi hərbi çağırış sistemli, təsdiq edilmiş, sifarişli və dövlət tərəfindən idarə olunan prosesdir”, – nazir bildirib.



