Xəbərlər

Pezeşkian Ermənistana rəsmi səfər edəcək

“İran prezidenti Məsud Pezeşkian yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Tehran” televiziyasına müsahibəsində bildirib.

Nazir xatırladıb ki, prezident Pezeşkian bundan əvvəl İraq, Pakistan, Azərbaycan və Qətərə səfər edib.

Səfərin gündəliyi açıqlanmayıb.