Xəbərlər

Putin Hindistana səfər edəcək

Rusiya prezidenti Vladimir Putinin ilin sonunda Hindistana səfəri gözlənilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval bildirib.

“Biz indi ölkələrimiz arasında çox yaxşı strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Rusiya prezidentinin ilin sonunda ölkəmizə planlaşdırılan səfəri barədə məlumat almaqdan məmnun olduq”, – Doval qeyd edib.