ABŞ prezidenti Donald Tramp bütün Yaxın Şərq ölkələrini İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim sazişləri”nə qoşulmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika lideri “Truth Social” şəbəkəsində yazıb.
“Mənim üçün bütün Yaxın Şərq ölkələrinin “İbrahim sazişləri”nə qoşulması son dərəcə vacibdir. Bu, Yaxın Şərqdə sülhü təmin edəcək”, – o əlavə edib.



