ABŞ prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağını deyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp “Truth Social”da yazıb.
Trampın sözlərinə görə, avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh sammiti keçiriləcək: “Mənim administrasiyam bir müddətdir ki, hər iki tərəflə əlaqə saxlayıb. Sabah prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə mənimlə birlikdə rəsmi sülh sazişinin imzalanması mərasimində iştirak edəcəklər”.
Tramp əlavə edib ki, Birləşmiş Ştatlar hər iki tərəflə iqtisadi sahədə də ikitərəfli sazişlər imzalayacaq.



