Xəbərlər

Netanyahu Trampla Qəzzanı müzakirə edib

“İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbətin əsas mövzusu İsrail dövlətinin Qəzza zolağı ilə bağlı gələcək fəaliyyət planları olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

Qeyd edilib ki, Netanyahu və Tramp “müharibəyə son qoymaq, girovları azad etmək və HƏMAS-ı məğlub etmək üçün İsrailin Qəzza zolağında qalan HƏMAS qalalarını zərərsizləşdirmək planlarını müzakirə ediblər”.

“Baş nazir müharibə başlayandan bəri İsrailə göstərdiyi davamlı dəstəyə görə prezident Trampa təşəkkür edib”, – ofis əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İsrailin hərbi kabineti Netanyahunun bütün Qəzzanı nəzarətə götürmək və Fələstin anklavında əməliyyatı genişləndirmək planını təsdiqləyib.