Xəbərlər

Tramp: Evsiz insanlar Vaşinqtondan qovulacaq

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda yaşayan evsizlərin şəhərdən qovulacağını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

“Paytaxtımızı hər zamankındən daha təhlükəsiz və gözəl edəcəm. Evsizlər dərhal getməlidir. Sizə qalacaq yerlər verəcəyik, ancaq paytaxtdan uzaqda”, – prezident əlavə edib.