Xəbərlər

ABŞ-ın müdafiə naziri ukraynalı həmkarına Kiyevə dəstəyin davam edəcəyini bildirib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerovla görüşündə Rusiyaya qarşı döyüşən Ukraynaya yardımı davam etdirəcəklərini deyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqondan bildirilib.

Qeyd edilib ki, iki nazirin dünənki telefon danışığında Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

“Dövlət katibi Ostin bir daha bəyan edib ki, ABŞ və 50-yə yaxın müttəfiq və tərəfdaşdan ibarət koalisiyamız Ukraynanı Rusiyanın təcavüzünə qarşı davam edən mübarizəsində dəstəkləməyə davam edəcək”, – bəyanatda deyilir.

Açıqlamada Ostin və Umerovun ABŞ prezidenti Co Baydenin əlavə milli təhlükəsizlik qanun layihəsinin təcili olaraq qəbul edilməsi ilə bağlı razılığa gəldiyi və nazirlərin məsələ ilə bağlı yaxın təmasda qalacaqlarına söz verdiyi də əlavə edilib.

Umerov “X” sosial media platformasındakı paylaşımında Ostinə döyüş meydanındakı mövcud vəziyyət barədə məlumat verdiklərini və amerikalı həmkarı ilə həftəlik məhsuldar görüş keçirdiyini bildirib.