Xəbərlər

Suriyanın hökumət qüvvələrini Türkiyə hazırlayacaq

Türkiyə iki ölkənin müdafiə nazirlikləri arasında imzalanan memorandum çərçivəsində hökumət ordusu üçün kadrların hazırlanmasında, hərbi texnika və silah sistemlərinin tədarükündə Suriyaya yardım edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər və Suriyanın keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kəsranın imzaladığı sənədi şərh edən Türkiyə Müdafiə Nazirliyinin rəsmiləri bildirilib.

“İmzalanmış memorandum hərbi təlim və əməkdaşlığın koordinasiyası və planlaşdırılması, məsləhətləşmələr, məlumat, təcrübə mübadiləsi, Suriyanın müdafiə ehtiyaclarına uyğun olaraq hərbi texnika, silah sistemləri və maddi-texniki təchizatın təmin edilməsi məqsədi daşıyır”, – məlumatda qeyd olunub.