Xəbərlər

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını istisna edib

“Avropa İttifaqı (Aİ) Ukraynada diplomatik nizamlanma çərçivəsində atəşkəs olacağı təqdirdə anti-Rusiya sanksiyalarını yumşaltmaq niyyətində deyil və bununla bağlı mediada yayılan məlumatlar sadəcə fərziyyədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının sözçüsü Ariana Podesta Brüsseldə keçirdiyi brifinqdə deyib.

“Əmin ola bilərsiniz ki, biz Rusiyaya qarşı sanksiyaları tam saxlayacağıq, əksini iddia edən məlumatlar sırf spekulyasiyadır. Biz artıq 18 sanksiya paketini qəbul etmişik və 19-uncunu hazırlayırıq”, – o əlavə edib.