“Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında sülh sazişinin həyata keçirilməsini dəstəkləməyə və regional əlaqələrin gücləndirilməsinə, icmalara uzun sürən münaqişənin aradan qaldırılmasına, davamlı sülh, sabitlik və firavanlığa doğru irəliləməsinə kömək etməyə tam sadiqdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta deyib.
“Bu həftə mənim Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla çox müsbət telefon danışıqlarım oldu. Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin tarixi paraflanması hər iki ölkə, o cümlədən bütün region üçün davamlı sülhə doğru mühüm addımdır”, – o əlavə edib.



