Xəbərlər

Ərdoğan: Qəzza böhranı bütün Yaxın Şərqin sabitliyini təhdid edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağındakı böhranın bütün regionun sabitliyini təhdid etdiyini bildirib. O, dərhal atəşkəsə və Fələstin anklavına humanitar yardımın maneəsiz çatdırılması üçün humanitar dəhlizlərin açılmasına çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə lideri mətbuata açıqlamasında bildirib.

“Qəzzadakı zorakılıq təkcə Fələstin xalqını deyil, həm də bütün regionun sabitliyini təhdid edir. İsrail və İran arasındakı gərginlik Şərqi Aralıq dənizindən Fars körfəzinə qədər təhlükəsizlik tarazlığını poza biləcək daha geniş münaqişə riskini artırır. Qəzza məsələsi təkcə humanitar böhran deyil, həm də qlobal təhlükəsizlik və sülh üçün strateji bir məsələdir.

Dərhal atəşkəs elan etmək, bütün hücumları qeyd-şərtsiz dayandırmaq, ərzaq, su və tibbi yardımın maneəsiz çatdırılmasını təmin etmək üçün humanitar dəhlizlər açmaq, mülki əhalinin müdafiəsi üçün beynəlxalq mexanizmlər yaratmaq lazımdır”, – dövlət başçısı əlavə edib.