Xəbərlər

Tramp: Zelenski Krımdan imtina etməklə Ukraynadakı münaqişəyə son qoya bilər

“Ukrayna prezidenti Volodimir Zelenski Krıma dair iddialarından və ölkənin NATO-ya daxil olması ideyasından əl çəkərək Ukraynadakı münaqişəni dərhal həll edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər və ya döyüşə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. Krımı qaytarmaq olmaz və Ukrayna NATO-ya qoşulmur. Bəzi şeylər heç vaxt dəyişmir”, – o, “Truth Social”da yazıb.

Tramp əlavə edib ki, bazar ertəsi Ağ Ev üçün “böyük gün” olacaq, heç vaxt bu qədər Avropa lideri ABŞ prezidentinin iqamətgahını ziyarət etməmişdi.

Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək. Onu görüşdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın Baş naziri Giorgia Meloni müşayiət edəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.