MAQATE nümayəndələri gələn həftə Vaşinqtonda İranda zənginləşdirilmiş uran məsələsi ilə bağlı ABŞ rəsmiləri ilə danışıqlar aparacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” diplomatlara istinadən məlumat yayıb.
Verilən məlumata görə, danışıqlara ehtiyac İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra agentliyin İslam Respublikasının zənginləşdirilmiş uran ehtiyatlarını qiymətləndirə bilməməsi səbəbindən yaranıb. İsrail-ABŞ hərbi əməliyyatından sonra Tehran öz nüvə obyektlərində MAQATE-nin təftişini qadağan edib.
Agentliyin mənbələrinə görə, yoxlamaların dayandırılması ilə əlaqədar MAQATE-nin İslam Respublikasındakı 274 əməkdaşı 409 kq yüksək zənginləşdirilmiş uranın yerini müəyyən edə bilmir.



