Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Pekinə səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “RBC” Rusiya parlamentinin aşağı palatasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Verilən məlumata görə, Volodin Çinin Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Zhao Lejinin dəvəti ilə bu ölkəyə səfər edib.
Nümayəndə heyəti bir sıra görüşlərdə, eləcə də Rusiya Federasiyası Federal Məclisi ilə Çin Xalq Nümayəndələri Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın onuncu iclasında iştirak edəcək.



