“Müharibənin dayandırılması ilə bağlı mümkün razılaşma Ukraynanı “məcburi sülh”ə razı salmamalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.
“Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri NATO üzvlüyünə çox yaxın olmalıdır. Ukrayna mümkün qədər çox dövlətdən real təhlükəsizlik zəmanəti almasa, biz ərazi güzəştlərini ciddi şəkildə nəzərdən keçirməyi tələb edə bilmərik. Hazırda 30-a yaxın ölkə, o cümlədən Yaponiya Ukraynanı dəstəkləməyə hazırdır”, – o əlavə edib.



