Yaponiya hökuməti Şərqi Çin dənizinin mübahisəli bölgəsində yeni qurğu tikmək planlarına görə Çinə etiraz edib.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi deyib.
“Biz Çinin Şərqi Çin dənizində coğrafi bərabərlik xəttinin şərqində daha bir qurğu tikmək niyyətini görürük. Eksklüziv iqtisadi zonalar və qitə şelfinin demarkasiya edilmədiyi halda Çinin bu sahədə birtərəfli hərəkətlər etməsini son dərəcə təəssüfləndirici hesab edirik”, – o bildirib.



