Xəbərlər

İsraildə Qəzzada müharibənin dayandırılması tələbi ilə etirazlar keçirilir

Qəzzada girovların azad edilməsi və müharibənin dayandırılması tələbi ilə keçirilən etiraz aksiyaları səbəbindən İsraildə əsas yollar bağlanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Verilən məlumata görə, etirazçılar İsrailin əsas magistral yollarını bağlayıb, həmçinin nazirlərin evlərinin yaxınlığında toplaşıblar.