“Avropa İttifaqı (Aİ) ölkələri hərbi əməliyyatlar başa çatdıqdan sonra öz qoşunlarını Ukraynaya göndərmək barədə müstəqil qərar verəcək. Çünki hələ də ortaq qərar yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.
“Aİ ölkələri qoşunları ilə bağlı qərarı özləri verməlidir. Artıq eşitmişik ki, bəzi ölkələr qoşun göndərmək qərarına gəlib, bəziləri isə göndərmək istəmir, biz bunu müzakirə edirik”, – Kallas bildirib.



