Xəbərlər

İsrail ordusu Qəzzaya hücum üçün hazırlıqlara başlayıb

İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza şəhərinə hücum hazırlığına başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İDF sözçüsü Aviçai Edri məlumat verib.

“Biz Qəzzada hücum üçün hazırlıqlara başlamışıq və artıq onun ilk mərhələsinə qədəm qoyuruq. Hazırda şiddətli döyüşlər gedir”, – o əlavə edib.