Xəbərlər

“Le Monde”: Makron ordunun acizliyi fonunda Ukraynaya qoşun göndərməyi düşünür

“Fransa Ukrayna münaqişəsindəki son hadisələr fonunda Ukrayna Silahlı Qüvvələrinin “zəifliyindən” narahatdır və öz ordusunu göndərmək variantını nəzərdən keçirir, lakin eskalasiyadan qorxur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hərbi personalın göndərilməsi 2023-cü ildən bəri Fransa hakimiyyəti tərəfindən ciddi məxfilik şəraitində müzakirə edilir. Bu məsələ Ukrayna Silahlı Qüvvələrinin Rusiya Silahlı Qüvvələrinin mövqelərinə yayda təşkil etdiyi əks-hücum əməliyyatı zamanı uğursuzluqlarından sonra Fransa Nazirlər Şurasının 2023-cü il iyunun 12-də keçirilən iclasında qaldırılıb: “Paris Ukrayna qoşunlarının zəifliyindən narahatdır”.

Nəşr Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi general Pierre Chille-nin sözlərinə istinad edərək yazır ki, Makronun Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı sözləri Rusiyaya “ilk növbədə siyasi və strateji mesajdır”.