BMT Əfqanıstandakı zəlzələnin nəticələrini aradan qaldırmaq və vəziyyəti qiymətləndirmək üçün ölkəyə 25 qrup göndərib.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“BMT regiona 25 qrup yerləşdirib və artıq əlçatan ərazilərə yardım ləvazimatlarını çatdırmaqla cavab tədbirlərini dəstəkləyir”, – məlumatda bildirilib.



