Xəbərlər

Heqset: Tramp Pentaqona Rusiya və Çini cilovlamaq üçün hazırlaşmağı əmr edib

“Ağ Evin rəhbəri Donald Tramp Pentaqona Rusiya və Çin arasında artan yaxınlaşmanın qarşısını almağa hazırlaşmağı tapşırıb”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset “Fox News” telekanalına müsahibəsində deyib.

“Təəssüf ki, əvvəlki administrasiyanın zəifliyi Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırdı. Bu, Amerika rəhbərliyinin və gücünün çatışmazlığından qaynaqlanan dəhşətli hadisə idi. Buna görə də prezident Tramp Müdafiə Nazirliyinə əmr etdi ki, ordumuzu yenidən qurmağa və çəkindirmə qüvvələrini bərpa etməyə hazır olaq”, – Heqset deyib.