Xəbərlər

İsrail: Qəzza əməliyyatının ikinci mərhələsi başlayıb

İsrailin Qəzzaya qarşı əməliyyatının ikinci mərhələsi başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Baş Qərargah rəisi Eyal Zamir bildirib.

“Qəzzanın mərkəzində əməliyyatları gücləndiririk və HƏMAS-a vurulan ziyanı dərinləşdiririk. Bu məqsədlə ehtiyatda olan personalın əhəmiyyətli hissəsinin səfərbərliyinə başladıq. Onları məğlub edənə qədər HƏMAS-ın ağırlıq mərkəzlərinə hücum etməyə davam edəcəyik”, – Eyal Zamir əlavə edib.