Xəbərlər

Borrell: İsrail Qəzzada aclıqdan silah kimi istifadə edir

“İsrail hakimiyyəti Qəzzada aclığı təhrik edir, ondan münaqişədə silah kimi istifadə edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Brüsseldə keçirilən Avropa Humanitar Forumunda çıxış edən Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

“Qəzza zolağında insanlar artıq aclıq astanasında deyil, minlərlə insan artıq aclıq içindədir. Bu, qəbuledilməzdir. Aclıqdan müharibə silahı kimi istifadə edilir. İsrail aclığa səbəb olur”, – Borrell bildirib.

Borrellin sözlərinə görə, o bu yaxınlarda Vaşinqtona səfəri zamanı öz fikrini Amerika tərəfinə də çatdırıb: “Yüzlərlə humanitar yük maşını Qəzzaya girmək üçün sərhəddə gözləyir, lakin bunu edə bilmir”.

Borrell həmçinin qeyd edib ki, son aylarda Qəzzada son dörd ildə bütün dünyada olduğundan daha çox uşaq öldürülüb.