Xəbərlər

NYT: Fransada sol və sağ partiyalar Makronun istefasını tələb edəcəklər

“Fransadakı siyasi təlatüm təkcə Fransua Bayru hökumətinin süqutuna deyil, son nəticədə prezident Emmanuel Makronun istefasına və növbədənkənar prezident seçkilərinə səbəb ola bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

“Siyasi cəhətdən iflic olmuş Fransa son 20 ayda dörd Baş nazir dəyişdirib. Beşinci də istefa astanasındadır. Ölkədə baş verən qeyri-sabitlik səviyyəsi 1958-ci ildə Beşinci Respublikanın qurulmasından bəri görünməmiş institusional böhrandan xəbər verir”, – nəşr bildirib.