Xəbərlər

Rusiyanın Donetskə hücumu nəticəsində 20-dən çox insan həlak olub

Sentyabrın 9-da Rusiya qoşunları Donetsk vilayətinin Yarovaya kəndinə hava zərbəsi endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, hücum mülki şəxslərə qarşı edilib: “Hücum zamanı insanlar pensiya alırmış. Nəticədə, ilkin məlumatlara görə, 20-dən çox insan həlak olub”.

“Rusiyanın bu cür zərbələri dünya tərəfindən cavabsız qalmamalıdır. Ruslar sivil həyatı məhv etməkdə davam edir, lakin onlar yeni güclü sanksiyalardan, yeni güclü zərbələrdən qaçırlar. Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-ın cavabı lazımdır. Avropanın reaksiyası lazımdır. G20-nin cavabı lazımdır. Güclü addımlar atılmalıdır ki, Rusiya ölüm gətirməyi dayandırsın”, – Zelenski qeyd edib.