“Dəməşq bəzi sahələrdə, o cümlədən enerji sahəsində Moskva ilə əməkdaşlıq etməyə hazırlaşır”.
“Füyuzat”ın məlumatına görə, bunu Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şibani Rusiya Baş nazirinin müavini Aleksandr Novakla keçirdiyi mətbuat konfransında deyib.
“Biz Rusiya ilə Suriyanın yenidən qurulması, o cümlədən enerji, kənd təsərrüfatı və səhiyyə sahələrində ədalətli və şəffaf əsaslarla əməkdaşlığı alqışlayırıq”, – o əlavə edib.



