Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Varşavadakı səfirliyinin nümayəndəsini çağırıb və ona PUA-ların respublikanın hava məkanını pozması ilə bağlı etiraz notası təqdim edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə PAP agentliyinə nazirliyin mətbuat katibi Pavel Vronski məlumat verib.
Agentlik qeyd edir ki, Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi nota təqdim edilməmişdən əvvəl onun məzmununu açıqlamayıb.



