Xəbərlər

Fransa XİN: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi sentyabrın 15-də təqdim olunacaq.

“Füyuzat”ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

“Bazar ertəsi Aİ rəsmiləri ABŞ prezidenti Donald Trampla birbaşa razılaşdırılaraq hazırlanmış yeni sanksiyalar paketini təqdim edəcək”, – nazir əlavə edib.