Xəbərlər

Qırğızıstanda parlamentin buraxılması üçün qrup yaradılır

Qırğızıstanda Joqorku Keneşi (parlament) buraxmaq üçün deputatlardan ibarət təşəbbüs qrupu yaradılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstanın “AKIpress” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 12-də qrupun iclası keçirilib və təklif sentyabrın 20-dən sonra parlamentə təqdim olunacaq. Ölkə konstitusiyasına görə, təşəbbüsü irəli sürmək üçün deputatların üçdə birinin səsi lazımdır. Qərarın təsdiqi üçün isə deputatların ən azı üçdə ikisinin (60 deputat) səsi lazımdır.

Qanuna görə, əgər parlament özünü buraxarsa, qərardan sonra 40-65 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.