Xəbərlər

Xəzər dənizində zəlzələ qeydə alınıb

Qala stansiyasından 127 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 07:41-də qeydə alınan zəlzələnin maqnitudası 4 olub.

Zəlzələnin ocağı 76 kilometr dərinlikdə yerləşib.