Xəbərlər

Trampdan İsrailə: Diqqətli olun

“İsrail Qətərlə münasibətlərində “çox diqqətli” olmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Mətbuata açıqlaması zamanı jurnalistlərdən biri ABŞ liderindən İsrailin ötən həftə HƏMAS liderlərinə endirdiyi zərbələrlə bağlı Baş nazir Benyamin Netanyahuya mesaj çatdırmaq istəyib-istəmədiyini soruşub.

“Mən istəyirəm ki, onlar çox, çox diqqətli olsunlar. Onlar HƏMAS haqqında nəsə etməlidirlər, lakin Qətər həmişə ABŞ-ın etibarlı müttəfiqi olub”, – Tramp suala cavab verib.

Xatırladaq ki, çərşənbə axşamı, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri Dohaya hava zərbəsi endirib.

İsrail Müdafiə Qüvvələri əməliyyatın məqsədinin 7 oktyabr 2023-cü il hücumlarının təşkilində bilavasitə iştirak etmiş HƏMAS qruplaşmasının yüksək səviyyəli nümayəndələrini məhv etmək, həmçinin İsrailə qarşı gələcək hərbi əməliyyatları koordinasiya etmək olduğunu bəyan edib.