Xəbərlər

Siyarto: Macarıstan dünyanı bloklara bölməyə qarşıdır

“Budapeşt dünyanın bloklara bölünməsinin qəti əleyhinədir və Qərblə Şərq arasında normal əməkdaşlığı bərpa etmək istəyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Son zamanlar bizi əhatə edən bütün münaqişələrin vektorlarına nəzər salsaq, görərik ki, bu vektorlar bir istiqamətə yönəlib. Eyni istiqamət çox təhlükəlidir. Bu, dünyanın bloklara bölünməsinə aparan yoldur. Və biz, macarlar, coğrafiyamıza və tarixi təcrübəmizə görə bunun qəti əleyhinəyik. Coğrafiyamızı və tarixi təcrübəmizi nəzərə alaraq, Qərblə Şərq arasındakı əməkdaşlığa son dərəcə maraqlıyıq”, – o əlavə edib.