Xəbərlər

Netanyahu Qəzza əməliyyatının intensiv mərhələsinin başlandığını təsdiqləyib

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatını məğlub etmək məqsədi ilə Qəzza şəhərinə kütləvi hücumun başladığını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Ynet” portalı məlumat yayıb.

Qeyd edilib ki , o, bu barədə korrupsiya işi üzrə məhkəmədə ifadə verməzdən əvvəl açıqlama verib.

“Biz Qəzzada intensiv əməliyyata başladıq. İsrail indi həlledici andadır”, – məlumatda qeyd edilib.