Solomon adalarının yaxınlığında yerləşən və dünyanın ən aktiv sualtı vulkanlarından biri olan Kavaçi vulkanı. Bu vulkan dövri olaraq püskürür, ətraf mühitə volkanik kül, asanlıqla alov alan qazlar və asitli su yayır. Burada suyun temperaturu olduqca yüksəkdir, oksigen səviyyəsi isə azdır. Bu cür ekstremal mühit, adətən, canlıların yaşaması üçün uyğun sayılmır. Bəs elə isə köpəkbalıqları burada necə yaşayır?
Elm dünyasını heyrətə salan ən qeyri-adi kəşflərdən biri də bu idi. Tədqiqatçılar Sakit okeanın dərinliklərində yerləşən və Kavaçi adlanan aktiv sualtı vulkanının içində canlı köpəkbalıqlarının yaşadığını aşkar ediblər. Bu qeyri-adi hadisə həm biologiya, həm də vulkanologiya sahəsində yeni sualların yaranmasına səbəb oldu.
Elm adamlarını təəccübləndirən əsas məsələ çox sərt və ölümcül sayılan bu ekosistemdə çekicbaş və ipək köpəkbalığı kimi növlərin yaşaya bilməsidir.
Burdan bu nəticə çıxır ki, bu balıqlar yüksək temperatur və asidik mühitə uyğunlaşa bilirlər; zəif oksigenli suda nəfəs almağa davam edə bilirlər; təzyiq və vulkanik maddələrin yaratdığı kimyəvi dəyişikliklərə qarşı dözümlü davranırlar.
Bu uyğunlaşma təkamülün və canlıların çevikliyinin nə qədər heyranedici olduğunu bir daha sübut edir.
Bu qədər çətin bir mühitdə həyatın mövcudluğu Yer kürəsinin sərhədlərində belə canlıların yaşaya biləcəyini göstərir.
Ləman Vahid



