“Hindistan və ABŞ arasında Yeni Dehlidə keçirilən ticarət danışıqları əməkdaşlığın müxtəlif aspektlərini əhatə edib və müsbət olub”.
“Füyuzat”ın məlumatına görə, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval brifinqdə deyib.
O, ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə ticarət nümayəndəsinin köməkçisi Brendan Linçin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin Hindistanda səfərdə olduğunu xatırladıb.
“Bu müzakirələr müsbət və perspektivli olub, ticarət sövdələşməsinin müxtəlif aspektlərini əhatə edib və hər iki tərəf də mümkün qədər tez bir zamanda qarşılıqlı faydalı ticarət razılaşmasına nail olmaq üçün səyləri gücləndirmək barədə razılığa gəliblər”, – Caisval əlavə edib.



