Xəbərlər

Xəzər dənizində zəlzələ olub

Siyəzən stansiyasından 134 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 03:34-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.

Qeyd edək ki, zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.