“Mən bu ayın əvvəlində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə danışıqlar apardım”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp sosial şəbəkəsində qeyd edib.
“Mən Şavkat Mirziyoyevi “Boeing” şirkəti ilə sövdələşmə imzalaması münasibəti ilə təbrik edirəm. Özbəkistan Hava Yolları ABŞ-dan 8 milyard dollar dəyərindən çox, 22 təyyarə alacaq. Bu da ABŞ-da 35 mindən çox yeni iş yerinin yaranmasına səbəb olacaq. Mirziyoyev çox yaxşı adamdır, biz başqa sahələrdə birgə işləməyə davam edəcəyik”, – o qeyd edib.



