Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində araşdırmaçı-yazar Muxtar Cəfərlinin “Qəlbini nəsihətlə dirilt” kitabının təqdimat mərasimi olacaq.
Qeyd edək ki, kitab müəllifin “Füyuzat” dərgisində müxtəlif dönəmlərdə yayımlanan silsilə yazıları əsasında hazırlanıb.
Kitabdakı hər bir nəsihət qəlbinizin incə telinə toxunacaq, sizi düşünməyə, dərk etməyə və dəyişməyə səsləyəcək. Qəlb aynanızda öz həqiqətinizi, varlıq səbəbinizi göstərəcək və bu həyat yolunda önünüzə işıqsaçan bir yoldaşa çevriləcək. Çünki səmimi nəsihət unutqanlıq pərdəsi ilə örtülmüş qəlbləri oyadır, insanın özünü tanımasına və mənən dəyişməsinə səbəb olur.
Tanıtım mərasimi oktyabrın 3-də, saat 18:00–18:45-də “Nizami Gəncəvi” təqdimat zonasında baş tutacaq.
Qeyd edək ki, Muxtar Cəfərli MİMTA Yayımları tərəfindən çap edilən “İdrak işığı” və “Azərbaycan elm və irfan sərdarları” kitablarının müəllifidir.
Eyni zamanda müəlliflə həmsöhbət olmaq və imzalı kitab əldə etmək istəyənlər 3, 4, 5, 6 oktyabr tarixlarində MİMTA Yayımlarının stendinə yaxınlaşa bilər.



