Xəbərlər

Rəşad Məcid: Kitab sərgisi müəlliflərlə oxucuları birləşdirən mühüm məkandır

“Bakıda keçirilən XI Beynəlxalq Kitab Sərgisi artıq ənənəyə çevrilib. Mən indiyədək təşkil olunan sərgilərin demək olar ki, hamısında iştirak etmişəm. Son illərdə sərginin Ekspo Mərkəzində keçirilməsi də iştirakçılara xüsusi bir rahatlıq və sevinc hissi bəxş edir”.

“Füyuzat”ın mnəlumatına görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

“Bu il də ziyarətçi çox olacaq və insanlar öz sevimli yazıçıları ilə görüşmək imkanı əldə edəcəklər. Fəxri qonaq qismində təmsil olunan Qətər dövlətinin ədəbiyyatı daha yaxından tanıdılacaq və bu ona marağın artması baxımından da önəmli hadisədir”, – o əlavə edib.