Xəbərlər

XI Bakı Beynəlxalq Kitab Sərgisində Qətər Dövlətinin stendinin rəsmi təqdimatı olub

XI Bakı Beynəlxalq Kitab Sərgisində rəsmi qonaq olan Qətər Dövlətinin stendinin təqdimat mərasimi keçirilib.

“Füyuzat”ın məlumatına görə, mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani iştirak ediblər.

Nazirlər sərgidə nümayiş olunan stendlərlə tanış olub, ekspozisiyanı gəziblər.

Qeyd edək ki, onlara müxtəlif ölkələrin ədəbiyyat və mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilib.