Millət vəkili Məlahət İbrahimqızı Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun qonağı olub.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov və STM-in sektor müdiri, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qonaqla görüş keçirib.
Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb.
Bundan başqa, MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən bəhs edilib. “Füyuzat” irsinin dünən və bu gün etibarilə dövlətimizin hər zaman yanında olduğu qeyd edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.
Sonda Məlahət İbrahimqızı MİMTA Fondu, MİMTA Yayımları, eləcə də “Füyuzat” və “İşıq” jurnallarına uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.



