Xəbərlər

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 13–15-də ölkəmizdə – Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Nazirlikdən bildirilib.

Verilən məlumata əsasən, bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.

Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.