Xəbərlər

2200 il əvvələ aid 60 məzar tapılıb

Qədim Kolossay şəhərində arxeoloji qazıntılar nəticəsində 2200 il əvvələ aid 60 məzar tapılıb.

“Füyuzat”ın məlumatına əsasən, bu barədə “TRT Haber” məlumat yayıb.

Denizlinin Honaz rayonunda Mis dövrünə aid olan qədim Kolossay şəhərində ilk dəfə başlanan qazıntılarda skeletlər də daxil olmaqla 2200 il əvvələ aid səthə yaxın və yan-yana daşlara oyulmuş şəkildə 60 məzar aşkar edilib.

Eramızdan əvvəl VI əsrdən bəri əhəmiyyətli ticarət mərkəzi olan Kolossay xüsusilə yun və tekstil sahəsində ön plana çıxıb.

Bölgəyə yaxın Hierapolis və Laodikiya qədim şəhərlərinin qurulmasından sonra tədricən əhəmiyyətini itirən Kolossay eramızın 1-ci əsrində baş verən zəlzələdə böyük zərər görüb.

692–787-ci illərdə indiki Honaz rayon mərkəzinin yerində “Chonae” adı altında bərpa olunan Kolossay zəlzələ nəticəsində tamamilə məhv olub.

Qazıntı direktoru Dr. Müəllim Barış Yener Kolossainin Laodikiya və Hierapolis antik şəhərləri kimi inanc turizmi üçün böyük potensiala malik olduğunu söyləyib:

“Bu tapıntılar olduqca təəccüblüdür. Məzarlardan müxtəlif əşyalar çıraqlar, sikkələr və s. kimi əşyalar tapılıb. Bu tip qəbirlərə Anadoluda rast gəlinir, lakin bu qədər dar bir ərazidə yan-yana tikilmiş çoxlu sayda məzar nümunəsi olduqca nadir hadisədir”.