Bu iki xalq arasında güclü dostluq əlaqələri var.
“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, bu sözləri mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, ölkələr arasındakı mədəni əlaqələr mövcud dostluq əlaqələrini də möhkəmləndirir.
“Azərbaycan və Türkmənistanın dövlətlərarası münasibəti də yüksək səviyyədədədir, ümid edirik ki, mədəni əlaqələr daha da inkişaf edəcək”.



