Oktyabrın 24-də Mingəçevir şəhərində Regional Universitet–Sənaye Birliyi, Sammit 2025 tədbiri keçiriləcək.
“Füyuzat”ın “Azərbaycan müəllimi”nə istinadən məlumatına görə, tədbirdə 100-dən artıq müəssisə tərəfindən vakansiya, təcrübə və təqaüd proqramları haqqında məlumatlar təqdim ediləcək.
Tədbir saat 10:00-dan 13:00-dək “Arena Hotel Kür”də baş tutacaq. Saat 10:00-dan gec olmayaraq qeyd edilən ünvana yaxınlaşmaq lazımdır.
Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.



