Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri edib.
“Füyuzat” AZƏRTACA istinadən xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyevi Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.



